16 C
Baku
Thursday, October 30, 2025

“Hyundai” və daha üç Cənubi Koreya avtomobil istehsalçısı 260 mindən çox avtomobili geri çağırır

“Hyundai Motor”, “BMW Korea”, “Kia Corp.” və “Stellantis Korea” ümumilikdə 260 184 avtomobili könüllü şəkildə geri çağırır. Bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb. Ümumilikdə 57 model müxtəlif komponent nasazlıqlarının aradan qaldırılması üçün geri çağırılır.

Avtomobillərin geri çağırılmasına bir neçə texniki qüsurla bağlı təhlükələr səbəb olub. Onların arasında “Hyundai Motor”un elektrik modeli “Porter II”də batareya idarəetmə sistemindəki nasazlıq nəticəsində yanğın riski, “BMW 520d” sedanında nasaz starter səbəbindən elektrik enerjisinin kəsilməsi və ya yanğın ehtimalı, eləcə də “Stellantis Korea” tərəfindən idxal edilən “Jeep Grand Cherokee” modelində mühərrik detalındakı nasazlıq yer alır.

Son xəbərlər
Digər xəbərlər