19 C
Baku
Sunday, October 13, 2024

“Hyundai” yeni elektrikli krossoverini təqdim edib – Fotolar

“Hyundai” şirkəti yeni “Kona” krossoverinin yeni nəslinin elektrik variantını təqdim edib. Avtomobil sələfindən daha uzun, enli və hündürdür. Elektrokarın dekorasiyasının özəlliyi qabaqda və arxada işıq saçan elementlərdəki “piksel” elementlər olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İnteryer iki 12.3 düymlük displey və digər elementlərlə brendin müasir modelləri üslubunda hazırlanıb. “Kona Electric”in 48.4 kVt/saat batareyaya və 156 at gücündə mühərrikə malik “Standard Range” versiyası 392 km-ə qədər məsafə qət edə bilir.

ca164437497099f24d82ed6674af23cf9fbc6c1b

d287d93b7f58e2ac6fd3b2e38ba2c549cf6c7265

Hyundai 2

bc57a8a613fe7d80a389982e4daf628fc9b20957

Hyundai 3

Avtomobilin 65.4 kVt/saat batareyaya və 218 at gücündə mühərrikə malik “Long Range” versiyası isə 490 km-ə qədər məsafə qət edir. Krossover artıq Cənubi Koreyada mövcuddur,  onun digər bazarlara 2023-cü ilin yazında çıxması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər