23 C
Baku
Thursday, April 25, 2024

“Hyundai” yeni elektrikli krossoverini təqdim edib

Koreyanın “Hyundai” şirkəti yanvarın 13-ü rəsmi saytında yeni “Ioniq 5” elektrikli krossoverini nümayiş etdirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, modelin premyerası fevral ayında baş tutacaq.

Yeni “Hyundai Ioniq 5” krossoverinin əsasında elektrikli nəqliyyat vasitələri üçün hazırlanmış E-GMP platforması dayanır. Bundan əlavə, avtomobil 20 düymlük təkər diskləri və orijinal radiator setkası ilə təchiz ediləcək.

Arxa görüntü güzgüsü xüsusi kameralarla əvəz ediləcək. Qeyd edək ki, “Ioniq 5” krossoverində Vehicle to Load sistemi var ki, bu da enerji mənbəyi kimi işləyir. Beləliklə, avtomobil vasitəsilə istənilən məişət texnikasını enerji ilə doldurmaq mümkün olacaq.

Yanvarın 12-də “Hyundai”nin 2021-ci ildə “Kona” krossoverinin sport versiyasını buraxacağı məlum olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər