7 C
Baku
Thursday, December 12, 2024

“Hyundai” yeni “Staria” minivenini təqdim edib – Foto

“Hyundai” şirkətinin təqdim etdiyini bu miniven futuristik dizayndadır.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Şirkətin verdiyi məlumata görə, “Staria” modeli iki versiyada istehsal olunacaq – yükdaşıyıcı və minik.

hyundai staria premium3

Salonda fərqli olaraq oturma seçimləri sayəsində sərnişinlər rahat şəkildə ofis rejimində işləyə və ya oturacaqları düzləşdirib yata biləcəklər.

hyundai staria3

Daha əvvəl qeyd edildiyi kimi, “Staria” iki versiyada təqdim ediləcək – kommersiya və şəxsi istifadə üçün. Minivenin ümumi uzunluğu 5253 mm, eni 1997 mm, hündürlüyü isə 1990 mm-dir. Qeyd edək ki, hər iki modelin hündürlüyü olduqca aşağıdır. Bu səbəbdən hər yaşda uşaq asanlıqla avtomobilə minə biləcək.

hyundai staria2

Avtomobildə altıya qədər hava yastığı quraşdırılacaq və oturacaqların hər biri kəmərlər və baş dayaqları ilə təchiz ediləcək. Bundan əlavə, “Staria”da qabaq çarpışmanın qarşısını almaq (FCA) və kor zonaları izləmək (BCA) sistemləri mövcuddur.

hyundai staria premium5

Baqaj tutumu oturacaqların konfiqurasiya seçimindən asılı olaraq dəyişir. Kommersiya avtomobillərində baqaj tutumu 5000 litrə çatacaq. “Hyundai Staria” 177 at gücünə malik olan 2.2 litrlik dizel və 3.5 litrlik benzin mühərriklə təchiz ediləcək.

Minivenin 2021-ci ilin ikinci yarısında satışa çıxarılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər