Xarici ölkələrdə “Accent” və “Solaris” adları ilə tanınan yeni nəsil “Hyundai Verna” sedanının ilk görüntüləri dərc olunub. Vurğulanır ki, avtomobilin premyerası bu gün, fevralın 21-də baş tutacaq.
Şəkilə əsasən, yeni “Solaris” şirkətin sözlərinə görə, “Sensuous Sportiness” korporativ üslubunda hazırlanmış müasir dizayn alacaq. Oxşar üslubu əvvəllər “Tucson” krossoveri, həmçinin “Elantra”, “Sonata” və “Grandeur” sedanları alıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yan tərəfdən baxdıqda, sedan daha dinamik görünür. Yeni nəsil “Hyundai Solaris” bazara dörd kompketasiyada çıxacaq – EX, S, SX və SX (O).
İstehsal yaxın aylarda başlayacaq. Qiymətlər və komplektasiya barədə təfərrüatlar cari ilin aprel ayının sonunda açıqlanacaq.