İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.
Banker.az xəbər verir ki, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.