10 C
Baku
Wednesday, March 12, 2025

I əsrdə həyat necə idi?

Roma dünyada ən böyük şəhər idi

Bizim eramızın 1-ci əsrində Roma dünyanın ən böyük şəhəri idi. Şəhərin əhalisinin sayı 800 000 – lə bir milyon arası təşkil edirdi. Bizim bu dövr haqqında bildiklərimizin əksəriyyəti Roma hökmranlığı zamanında yazılan mənbələrdən məlumdur.

Yer kürəsinin əhalisi 231 milyon insan təşkil edirdi

Dəqiq rəqəmi öyrənmək mümkün deyil, lakin bəzi qiymətləndirmələrə görə, Yer kürəsinin əhalisi 230 milyon insan təşkil edirdi. Qanq, Tiqr, Yannsz, Nil və Po çayları ətrafında salınmış icmalarda daha çox insanlar məskunlaşmışdı.

Erkən nigahlar çox yayılmışdı

Məsələn, yəhudi qızlar onların 12, 5 yaşları olanda ailə həyatı qururdular. O dövrdə nigah iki mərhələli olurdu. Formal nigah gəlinin atası və bəyin arasında bağlanılırdı. Bir neçə aydan sonra gəlin həyat yoldaşının evinə köçürdü və nigah rəsmi şəkildə baş tutmuş hesab edilirdi.

Qadınların hüquqi və iqtisadi haqları ya heç yox idi, ya da məhdudlaşdırılmış şəkildə idi

Qadın nadir hallarda iqtisadi cəhətdən azad sayılırdı. Qadınların qazanclarını ya ataları, ya da ərləri alırdılar. Hüquqi cəhətdən qadınlar həyat yoldaşları ilə boşana bilməzdilər. Kişilər isə qadınlarından imtina etmək haqqına malik idilər.

II əsrdə Çin əhalisinin siyahıya alınması nəticəsində burada 57 671 400 nəfər insan hesablanmışdı.

Xan sülaləsinin apardığı dünyada var olan ən qədim siyahıya alınma hər bir regionda gəlirləri və hərbi qüvvəni təyin etmək üçün aparılmışdı. Hətta 1-ci əsrdə belə Çinin payına Yer kürəsinin ümumi əhalisinin böyük hissəsi düşürdü.

İlk ticarət cihazları vasitəsi ilə müqəddəs su satılırdı

Ticarət cihazları bizim eramızın 1-ci əsrində İskəndəriyyə şəhərində icad edilmişdilər. Şəhərin sakinləri qəpiyi cihazın deşiyindən atdıqları zaman onun ağırlığı nəticəsində krandan tıxac çıxırdı və sakin müqəddəs suyu əldə edirdi.

İnsanlar müasir kitabları qavramağa başlayırlar

Birinci əsrə qədər yazılmış bütün yazılar sadəcə olaraq kağızların üzərində saxlanırdılar. Lakin birinci əsrin başlanğıcından insanlar taxta lövhələrdəki yazıları köçürməyə başlayırlar.

Şəhərlərin və ölkələrin iqtisadiyyatı fərqlənirdi

Əlbəttə ki, bugünkü gündə də şəhər və kənd yerlərində qiymətlər fərqlənir. Lakin bu fərq birinci əsrdə olan fərqə çata bilməz. Məsələn, Qüdsdə meyvələrin qiyməti şəhərin ətrafında olan qiymətlərdən 3-6 dəfə baha idi.

Birinci əsrdə yetərincə qəribə peşələr var idi

Birinci əsrdə çoban, qəssab və həkim peşələrinə əhali laqeyd yanaşırdı.

Qladiatorlar birinci əsrdə Romada çox məşhur idilər

Qladiator döyüşləri çox qəddar olsalar da birinci əsrdə Romada ictimai əyləncələr arasında çox məşhur idilər. Qladiatorların əksəriyyətinin cani, qul və əsirlər olmasına baxmayaraq, onlar döyüşdə qalib gəldikləri halda xalqın sevgisini qazanırdılar.

Hələ birinci əsrdə terrorizm mövcud idi

Qədim zamanların terroristlərini «bıçaqlılar» adlandırırdılar. Onlar ekstremist qrup idilər və Roma hökumətinin yəhudilər üzərində hökmranlığına qarşı idilər.

Birinci əsrdə tuniklər dəbdə idilər

Qədim Romada qadınların və kişilərin əksəriyyəti tuniklər geyinirdilər. Romalılar tunikləri bellərində iplə bağlayırdılar. Tuniklərin uzunluğu və dizaynı insanların sosial statuslarını təyin edirdi. Yüksək təbəqədən olan romalılar uzun və zolaqlı tuniklər geyinirdilər. Qullar isə onların hərəkətləri məhdudlaşmasın deyə uzunluğu dizdən yuxarı olan tuniklər geyinirdilər.

Uşaq ölümlərinin göstəricisi yüksək idi

Birinci əsrdə anadan olmuş uşaqların yalnız 75%-i 1 yaşlarına qədər sağ qala bilirdilər. Anadan olmuş uşaqların yarısı isə 10 yaşına çatmamış vəfat edirdilər.

Əgər uşaq qüsurlu anadan olurdusa, onu küçəyə atırdılar. Və onu küçədən hər kimsə götürüb qul kimi işlədə bilərdi.

Son xəbərlər
Digər xəbərlər