16 C
Baku
Friday, October 18, 2024

I Avropa Oyunlarının təşkilatçılarını sığortalayan şirkətin adı açıqlanıb

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) üçün tibbi sığortasını “A-Group Insurance” sığorta şirkəti həyata keçirib.

Bunu şirkətin İdarə Heyətinin sədri Anar Bayramov bildirib.

“I Avropa Oyunlarda təxminən 2000 nəfər çalışacaq. Bundan başqa, tədbirin təşkil olunması üçün bizim vətəndaşlar və çoxlu sayda əcnəbilər də dəvət olunub. Onların hər biri “A-Group Insurance” tərəfindən sığortalanıb”.

A. Bayramov əlavə edib ki, rəhbərlik etdiyi şirkət bu insanların ehtiyaclarını təmin etmək, onların yarış üçün sağlamlıqlarını qorumaq üçün ciddi işləyir: “Biz bilirik ki, tibbi sığorta sahəsində yalnız 3-4 şirkət var. Rəqabət olmadan inkişaf etmək olmazdı”.

APA

Son xəbərlər
Digər xəbərlər