7 C
Baku
Monday, February 6, 2023

I Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmənin məbləği açıqlanıb

Bu il avqustun əvvəlindən 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələri kateqoriyasına daxil olan 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105.7 milyon manat təşkil edir.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Son xəbərlər
Digər xəbərlər
X