2 C
Baku
Saturday, December 14, 2024

I Qarabağ müharibəsi əlillərinə ümumilikdə 105.7 milyon manat birdəfəlik ödəmə verilib

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105.7 milyon manat vəsait yönəldilib.

Banker.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu barədə işlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət olmaqla yaradılmış Komissiyanın iclasında deyib.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin və onlardan vəfat edənlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatına bu il avqustun 2-də  başlanıb.

Son xəbərlər
Digər xəbərlər