23 C
Baku
Tuesday, October 1, 2024

“I rübdə qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb”

2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.4% artaraq 501.6 mln. ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov məlumat verib.

Belə ki, o, bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb.

Son xəbərlər
Digər xəbərlər