10 C
Baku
Friday, December 13, 2024

I rübdə “Rabitəbank” böyüməklə yanaşı 3,3 milyonluq xalis mənfəət edib

“Rabitəbank” ASC-nin cəmi aktivləri 717,96 mln. manat olmaqla 2017-ci ilin sonundakı 727,24 mln. manat rəqəminə bir qədər də yaxınlaşıb.

Banker.az bu barədə bankın 2019-cu ilin I rübünə olan maliyyə hesabatına istinad edir. 

Bank bununla yanaşı cəmi aktivlərinin həcmini illik 8 faiz böyüdə bilib. Hazırda cəmi aktivlərinin 334,03 mln. manatı kredit portfelidir. Kredit portfeli isə öz növbəsində 36 faiz illik böyüyüb.

Bankın aktivlərində digər “sıçrayış” böyümə banklararası kreditlər və depozitlərnin 70 faiz böyüməklə 125,71 mln. manat olmasıdır.

Bankın ilin ilk rübünün sonuna cəmi öhdəlikləri 624,73 mln. manat təşkil edib. Burada 330,2 mln manatı müştəri hesabları, 185,34 mln. manatı müddətli depozitlər və digər önəmli hissə olan 86,58 mln manatlıq maliyyə qurumlarının depozitləridir.

101,3 mln. manat nizamnamə kapitalına rəğmən cəmi kapitalı 93,23 mln. manat təşkil edib. Buna səbəb isə illərdən yığılıb qalmış 18,17 mln. manat həcmində zərar qalmaqdadır balansında.

Mənfəətlə işləyir

“Rabitəbank”ın 2019-cu ilin yanvar mart aylarına cəmi faiz gəliri 9,68 mln. manat, cəmi faiz xərci 2,59 mln manat, qeyri-faiz gəliri 2 və qeyri-faiz xərci 1 mln manat təşkil edib. Bu da bankın ilk rübdə 7,96 mln. manatlıq əməliyyat mənfəəti etməsi deməkdir.

Beləliklə bank ilin ilk rübündəcə 3 mln. 258 min manatlıq xalis mənfəət edib. Bu ötən il cəmi 102 min manat rüblük idi.

 

Son xəbərlər
Digər xəbərlər