8 C
Baku
Thursday, March 28, 2024

IATA: 2020-2021-ci illərdə aviaşirkətlər 157 mlrd. dollar itirə bilər

Pandemiya səbəbindən 2020-2021-ci illərdə dünya aviaşirkətlərinin itkiləri 157 mlrd. ABŞ dolları təşkil edəcək.

“Reuters”in verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarında deyilir.

Proqnozlara görə, bu il hava daşıyıcıları 118,5 mlrd. dollar kəsirlə üzləşəcək, 2021-ci ildə isə onları zərərləri 38,7 mlrd. dollar təşkil edəcək.

Bundan başqa, sərnişin axınının bu il 1,8 milyard olacağı gözlənilir ki, bu da ötən ilə nisbətən 2,7 milyard azdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər