19.5 C
Baku
Tuesday, May 13, 2025

IATA: “Azərbaycanın aviasiya bazarı qlobal artım templərini qabaqlayır”

Azərbaycanın aviasiya bazarı qlobal göstəricilərlə müqayisədə daha qabaqlayıcı artım tempi nümayiş etdirir.

Bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş iqtisadçısı Maya Marçinyak Bakıda keçirilən “Aviasiya Enerji Forumu 2025”də deyib.

“Azərbaycanın aviasiya bazarı təkcə qlobal orta artım templərini üstələməyib, həm də son on ildə Şərqi Avropa ölkələrində müşahidə olunan dinamikanı qabaqlayıb. Növbəti 10 ildə əlavə 40 % artım proqnozlaşdırılır, bu isə ölkədən gedən sərnişinlərin sayının artması hesabına mümkün olacaq. Bu, sektorda yüksək fəallığı əks etdirir: daha çox insan Azərbaycan üzərindən səyahət edir, ölkəyə gəlir və yerli aviadaşıyıcıların xidmətlərindən istifadə edir. Bu artımın böyük hissəsi qeyd olunan sahənin maliyyə göstəricilərinə birbaşa müsbət təsir göstərir”, – M.Marçinyak qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər