4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

IATA gələn il aviaşirkətlərin itkilərinin kəskin azalacağını proqnozlaşdırır

Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası (IATA) 2022-ci ildə sənayenin koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrandan tədricən çıxması ilə əlaqədar aviaşirkətlərin itkilərinin əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırır.

2022-ci ildə aviaşirkətlərin xalis zərərləri 11,6 mlrd. ABŞ dollarına enəcək ki, bu da cari il üçün verilən proqnoz göstəricisi ilə müqayisədə 4,5 dəfə azdır.

Qeyd olunur ki, cari ildə itkilərin 51,8 mlrd. dollar səviyyəsində olacağı ehtimal edilir, bu da apreldə verilən proqnozla (47,7 mlrd. dollar) müqayisədə 4,1 mlrd. dollar çoxdur.

Bildirilir ki, ötən il qlobal bazarda aviaşirkətlərin itkiləri 137,7 mlrd. dollar təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər
X