Bu ilin mart ayında qlobal sərnişin aviadaşımalarında azalma tempi fevralda 74,9% azalmadan sonra 67,2% təşkil edib.
Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.
“Sərnişin aviadaşımaları göstəriciləri mart ayında yaxşılaşıb, lakin pandemiyadan əvvəlki səviyyədən əhəmiyyətli dərəcədə aşağıdır. Sərnişin daşımalarına olan tələb daxili bazarların canlanması səbəbindən dəstək aldı”, – açıqlamada deyilir.
2020-ci ilin mart ayı ilə müqayisədə göstərici 26,3% azalıb.
Martda beynəlxalq sərnişin aviadaşımalarının həcmi 2019-cu ilin eyni ayına nisbətən 87,8%, daxili aviadaşımaların isə 32,3% azalıb. İllik ifadədə beynəlxalq daşımalar 70,7%, daxili isə 36,9% azalıb.