-1 C
Baku
Sunday, December 15, 2024

IBAN nədir?

BAN – müştərinin bankda və ya digər maliyyə müəssisəsində olan bank hesabının AZХХ ХХХХ ХХХХ ХХХХ ХХХХ formatlı nömrəsidir. Siz onu öz bankınıza, eləcə də internet-bankinqə müraciət etməklə dəqiqləşdirə bilərsiniz.

Öz IBAN nömrəmi necə öyrənə bilərəm?

  1. Öz bankınızın şöbəsinə müraciət etməklə;
  2. Bankınızın çağrı mərkəzinə zəng etməklə;
  3. Bankınızın mobil tətbiqində (internet-bankinq).

IBANInternational Bank Account Number) — Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan, maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir.

Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və hal-hazırda tətbiq edilən bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq respublikada IBAN-ın tətbiqi qərara alınmışdır.

Bu tədbirin həyata keçirilməsi üçün Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində İşçi Qrup (İQ) yaradılmışdır.

Standart bank hesab nömrəsinin (IBAN) tətbiqi və istifadəsi ilə əlaqədar tez-tez verilən suallar

1. IBAN nədir? Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir.

2. Azərbaycanda IBAN-ın strukturu necədir?

Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır: IBAN-ın strukturu:

e4323bca3ca602ce9c07c2756

3. IBAN-ın üstünlükləri nədir?

IBAN strukturu vəsaiti göndərən bankda vəsaiti alan bankın müştərisinin hesabının doğruluğunu yoxlamağa imkan verməklə əməliyyat risklərini minimallaşdırıcaq, banklalarası hesablaşmalar zamanı vəsaitlərin son istifadəçiyə çatdırılmasını sürətləndirəcək, hesablaşmalarda avtomatik emal əmsalının (STP) yüksəldilməsini təmin edəcəkdir.

4. IBAN hansı hesablara tətbiq ediləcək?

IBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən bütün bank hesablarına tətbiq edilməlidir. Maliyyə institutları daxili siyasətlərindən asılı olaraq digər hesablarına da IBAN tətbiq edə bilərlər.

5. IBAN barədə haradan ətraflı məlumat əldə etmək olar?

Mərkəzi Bankın internet saytının “Ödəniş sistemləri” bölməsində “IBAN” başlığı altında bu barədə ətraflı materiallar, o cümlədən “Standart bank hesab nömrəsinə (IBAN) keçid üzrə Metodoloji Rəhbərlik” və “Azərbaycan Respublikasında standart bank hesab nömrəsinin (IBAN) istifadəsi Qaydaları”nın layihəsi yerləşdirilmişdir.

6. IBAN qəbul edildikdən sonra köhnə hesab nömrəsindən istifadə mümkündürmü?

IBAN-a tam keçid müəyyən edildikdən sonra köhnə hesab nömrəsi əks olunan ödəniş sənədləri maliyyə institutları tərəfindən icraya qəbul edilməməlidir.

7. IBAN-ın istifadəsinə nə zaman başlanacaqdır?

01.02.2012-ci il tarixindən IBAN-dan istifadəyə başlanılacaqdır.

8. Azərbaycanda IBAN-a tam keçid nə vaxt planlaşdırılır?

IBAN-a tam keçid 03.09.2012-ci il tarixində planlaşdırılır.

9. IBAN-a keçid dövründə maliyyə institutları nə etməlidir?_

IBAN-a keçidlə bağlı maliyyə institutları aşağıdakıları etməlidir: daxili informasiya sistemlərində müvafiq təkmilləşdirmələr aparmaq; müştərilərin mövcud hesab nömrələrini IBAN strukturuna dəyişdirmək və müştəriləri bu barədə məlumatlandırmaq; müştərilərlə bağlanmış bank hesab müqaviləsinə dəyişikliklər etmək; müştərilər üçün nəzərdə tutulmuş hesabdan çıxarışlarda IBAN strukturlu hesab nömrəsini göstərmək; IBAN strukturlu hesab nömrələri ilə bağlı aidiyyatı dövlət orqanlarını məlumatlandırmaq. 10. IBAN-a keçid dövründə müştərilər nə etməlidir?

IBAN-a keçidlə bağlı müştərilər aşağıdakıları etməlidir: IBAN strukturlu hesab nömrələri haqqında tərəfdaşlarına məlumat vermək, müqavilələrdə yeni hesabın göstərilməsini təmin etmək; tələb olunan tarixdən yalnız yeni hesablardan istifadə etmək. 11. IBAN-ın tətbiqi müştərilər üçün əlavə xərclər tələb edirmi?

Bank hesabı açılmış müştərilərdən IBAN tətbiqi ilə əlaqədar əlavə xidmət haqqı tutulmur.

Son xəbərlər
Digər xəbərlər