22 C
Baku
Thursday, April 18, 2024

IBM 4 minə yaxın işçini ixtisar edəcək

Dünyanın ən boyun avadanlıq və proqram təminatı istehsalçılarından və təchizatçılarından biri olan IBM 3.9 min işçisini ixtisar etmək niyyətindədir. Bu barədə IBM-in maliyyə direktoru Ceyms Kavanoya istinadən “Bloomberg” məlumat yayıb.

Onun sözlərinə görə, texnologiya nəhənginin işçilərinin təxminən 1.5%-i ixtisar olunacaq. Əsasən, bunlar müstəqil şirkətlərə ayrılan IBM-də qalan “Kyndryl” və “Watson Health” bölmələrinin işçiləridir.

Kavano qeyd edib ki, bu qədər əhəmiyyətli sayda işçini ixtisar etmək texnologiya nəhənginə 300 milyon dollara başa gələcək.

Son xəbərlər
Digər xəbərlər