22 C
Baku
Thursday, April 18, 2024

IBM işdən çıxarılma təhdidi ilə işçilərinin ofisə qayıtmasını tələb edir

IBM korporasiyası uzaqdan işləyən işçilərə ultimatum qoyub: ya onlar günlərin bir hissəsini ofisdə işləməlidirlər, ya da şirkətdən ayrılmalıdırlar, bu barədə “Bloomberg” yazıb. İşçilərdən “cari iş yerindən asılı olmayaraq” həftədə ən azı üç gün ofisə gəlmək və ya müştərilərə xidmət göstərmək tələb olunur.

Hazırda uzaqdan işləyənlərdən avqustun əvvəlinə qədər şirkətin ofislərinə yaxın ərazilərə köçmək tələb olunur. “Bloomberg”in mənbəsinə görə, söhbət 80 km-lik məsafədən gedir. İstisna sağlamlıq problemləri olan və ya hərbi xidmət göstərən işçilər üçün edilir.

“Live Data Technologies” tərəfindən aparılan araşdırmaya görə, keçən il telekomünikasiya işçilərinin işdən qovulma ehtimalı ofisdəki həmkarlara nisbətən 35% daha çox olub. 2023-cü ildə tam uzaqdan işləyən işçilərin 10%-i, ofisdə və ya hibrid əsasda işləyənlərin 7%-i işini itirib.

Bundan əlavə, uzaqdan işləyən işçilər ofis işçilərindən daha çox özləri işdən çıxmaq qərarını verib.

Son xəbərlər
Digər xəbərlər