22 C
Baku
Thursday, April 18, 2024

IBM süni intellektlə əvəz edilə bilən işçilərin işə qəbulunu dayandıracaq

IBM süni intellekt (AI) tərəfindən həyata keçirilə bilən işçilərin işə qəbulunu beş il müddətinə dayandıracaq. Bu barədə çərşənbə axşamı “Bloomberg”ə müsahibəsində korporasiyanın rəhbəri Arvind Krişna bildirib.

Onun sözlərinə görə, şirkətdə müştərilərlə ünsiyyətdə olmayan təxminən 26 min işçi çalışır. Agentlik qeyd edir ki, bu yolla 7.8 minə yaxın işçi ixtisara düşür. Amerikalıların əksəriyyəti süni intellektə mənfi baxır və  hökumətin onu tənzimləməli olduğunu hesab edir.

Daha əvvəl İlon Mask demişdi ki, süni intellektlərin inkişafı bəşəriyyətin məhvi təhlükəsi yarada bilər. Mask deyib ki, süni intellekt pis dizayn edilmiş və ya inşa edilmiş təyyarələrdən və ya pis qurulmuş avtomobillərdən daha təhlükəli ola bilər, çünki o, “sivilizasiyanı məhv etmək potensialına malikdir”. Mask həmçinin hesab edir ki, texnologiyadakı irəliləyişlər süni intellektin onu söndürə bilməyən insanlar üçün qərarlar qəbul etməsinə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər