19 C
Baku
Sunday, September 29, 2024

İbrətamiz cəza növü

Bir şəxsin çox əsəbi və qəzəbli bir oğlu vardı. Bir gün o oğluna mismarla dolu torba verir və hər dəfə əsəbləşdikdə hasarın kənarındakı dirəyə bir mismar vurmasını tələb edir. Bu onun cəzası idi.

Cəzanın ilk günündə dirəkdə bir neçə mismar var idi. Növbəti həftədə isə dirəkdəki mismarların sayı azalmağa başlayır, belə ki, o qəzəbini boğmağa çalışırdı. Gənc qəzəbini idarə etməyin mismar vurmaqdan daha asan olduğunu başa düşür.

Və nəhayət elə bir gün gəlir ki, gənc oğlan bir dəfə də belə olsun özünü idarəsini itirmir. O bu haqda atasına danışdıqda atası ona belə bir yeni tapşırıq verir: İndi gənc oğlan hər dəfə qəzəbini idarə edə bildikdə dirəkdən bir mismar çıxara bilərdi.

Bir müddət keçir və dirəkdə artıq bir dənə belə olsun mismarın qalmadığı gün yetişir. Gənc oğlan bu xəbəri atasına vermək üçün qolundan tutaraq dirəyin yanına gətirir:

— Tapşırığın öhdəsindən yaxşı gəldin. Lakin dirəkdə nə qədər çox deşiyin qaldığını görürsən? O birdə heç vaxt əvvəlki kimi olmayacaq. Bu həyatda da belədir. Bir insana qəzəblə bir söz dedikdə onun ürəyində belə ləkələr əmələ gəlir. Üzr istəsən də, yara izləri silinmir. Buna görə də, dediyin sözlərə fikir və böyük əhəmiyyət ver. Onlar insanı çox pis yaralamağa qadirdir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.