“Azərbaycanda qiymətli kağızlar bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə böyüyüb”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018″ tədbirində deyib.
“Sevindirici hal həm də odur ki, bu il bu bazarda Azərbaycan Mərkəzi Bankının (AMB) iştirakı olmadan 500 mln. manatlıq əməliyyat aparılıb. İlin əvvəlindən bəri formalaşmış 12,5 mlrd. manatlıq bazarın əksər hissəsi təkrar bazarın payına düşüb”
– Report