9 C
Baku
Thursday, December 12, 2024

İbrahim İbrahimov – azərbaycanlı milyarder

İbrahim İbrahimov 1958-ci ildə Azərbaycanda, Naxçıvan AR, Babək rayonunda anadan olub. İbrahim İbrahimov Hüseyn oğlu kimi tanınan Hacı İbrahim Nehrəmli Xəzər adaları layihəsi ilə məşhurlaşmış Azərbaycanın iş adamlarından biridir.

Əlli beş yaşlı İbrahim İbrahimov 1958-ci ilin 28 mayında Naxçıvan AR Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta məktəbi o, Nehrəm kəndində bitirib. Həmçinin o, Naxçıvan Dövlət Universitetinin iqtisadi fakültəsini bitirib. İbrahim İbrahimov evlidir və onun iki övladı var.

İş həyatı.

İbrahim İbrahimov anadan olduğu və yaşadığı regionda bir sıra məscidlər, xəstəxanalar, məktəblər tikdirmiş və təmir etmişdi, həmçinin tarixi abidələri bərpa etmişdi. O, kəndlərdə su boruları, körpülər tikərək, yollar salaraq kəndlərin infrastrukturunu yaxşılaşdırmışdı.

Beləliklə, o, Azərbaycanın aparıcı xeyriyyəçilərindən birinə çevrilmişdir.

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra İbrahim İbrahimov “İkan”adlı tikinti şirkətinin əsasını qoyur.

1995-2000-ci illərdə İbrahimov Naxçıvan AR parlamentinin deputatı seçilmişdir. 2000-ci ildən sonra o, öz siyasi fəaliyyətinə son qoyur.

1996-cı ildə o, müxtəlif şirkətlərini  “Avesta holdinqə”  birləşdirmişdi. Bu holdinqin Rusiya, Türkiyə, İran, Polşa, Çexiya, Çin, Koreya və BƏƏ ilə əlaqələri var. İbrahim İbrahimovun ən böyük layihəsi Xəzər dənizinin sahilində suni adalarda salınmış yaşayış məntəqələridir. Bu layihənin ən əsas uğuru bir kilometrdən çox hündürlüyü olan dünyanın ən hündür qülləsi olacaq.

Öz uğurunu İbrahimov Azərbaycanın ümumilli lideri Heydər Əliyevə borcludur. İbrahimovun dediyinə görə, onun atası ilə Heydər Əliyev tərəfdaş olublar. Heydər Əliyev Bakıya gəldiyi zaman İbrahimov öz biznesini genişləndirir və biznesinin qərərgahını Bakıya köçürdür. İ. İbrahimovun bugünkü günə qədər prezident ailəsi ilə yaxşı münasibətləri var. Azərbaycan Respublikasının hal- hazırkı prezidenti cənab İlham Əliyev İbrahimovu nəhəng adalar layihəsi üzərində işləməyə dəvət etmişdi. Ona bu ideya Dunayı ziyarət etdiyi zaman gəlmişdi.

İbrahimov qardaşları həmçinin Azərbaycanın ictimai həyatında, xüsusəndə ATV kanalının fəaliyyətində aparıcı mövqe tuturlar.

Şərq “Paşa”sı kimi İbrahimov iki yazıçı Fərman Eyvazlı və Teymur Bünyadov tərəfindən öz uğuruna və xeyriyyəçi fəaliyyətinə görə mükafatlanmışdı. Bu yazıçılar onun şərəfinə “Həci İbrahim Nehrəmli” , digər adla isə “İnsanlığın yüksək dərəcəsində” əsərlər yazmışdılar.

Son xəbərlər
Digər xəbərlər