10 C
Baku
Saturday, December 21, 2024

İbrahim Kalın: “Krım Ukraynaya qaytarılmalıdır”

“Ukrayna ilə Rusiya arasında razılaşma imzalanacağı təqdirdə, Krım yenidən Ukraynanın bir parçası olmalıdır”.

Bunu CNN telekanalına müsahibəsində Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Krım qanunsuz ilhaq olunub, Türkiyənin bu məsələ ilə bağlı mövqeyi 2014-cü ildən bu yana dəyişməyib. Krım Ukrayna ərazisinin bir hissəsidir. Bu, Rusiya və Ukrayna arasında istənilən razılaşmanın əsasını təşkil etməlidir”, – deyə Kalın vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər