21 C
Baku
Thursday, October 10, 2024

İbrahim Məmmədov: “Xaricdə olan azərbaycanlıların təxliyəsi üçün çarter reyslərinin bərpası məsələsi gündəmdədir”

“Aprelin 20-dən sonra həftədə 300-400 vətəndaşı qəbul və müayinə etmək imkanı var. Ona görə də xaricdə olan azərbaycanlıların təxliyəsi üçün çarter reyslərinin bərpası məsələsi gündəmdədir”.

Bu fikirləri Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, ən çox Rusiyadan gələn vətəndaşların olması gözlənilir: “Aprelin 17-də “Evə gedirəm” portalı yaradılacaq və Rusiyadan gəlmək istəyənlər qeydiyyatdan keçəcəklər”.

©Report

Son xəbərlər
Digər xəbərlər