14 C
Baku
Sunday, May 19, 2024

İbrahim Rəisi ilə Si Cinpin görüşüb

İran Prezidenti İbrahim Rəisi ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin Səmərqənddə görüşüb.

Görüşdə Si Cinpin İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması münasibətilə İran prezidentini təbrik edib.

Sədr bu təşkilat çərçivəsində İranla koordinasiya və əməkdaşlığı gücləndirməyə çalışacağını vurğulayıb.

Si Cinpin, həmçinin qeyd edib ki, Çin İranı öz suverenliyini və milli şərəfini qorumaqda dəstəkləyir.

O bildirib ki, Çin daxili işlərə qarışmamaq prinsiplərini qorumaq və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını müdafiə etmək üçün İranla əməkdaşlıq etməyə hazırdır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər