26 C
Baku
Saturday, July 27, 2024

“İçərişəhər” yarımstansiyası yenidən qurulub

“Bakı Metropoliteni” QSC-nin 50 ildən çoxdur istismar olunan “İçərişəhər” alçaldıcı yarımstansiyası yenidən qurulub.

Bu barədə  qurumdan bildirilib.

Məlumatda deyilir ki, yarımstansiyanın elektrik qurğu və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəldiyindən onların yeni və müasir qurğu və avadanlıqlarla əvəzlənməsi zərurəti yaranmışdı. Müasir dövrün tələbləri nəzərə alınaraq, 6 kV-luq komplekt paylayıcı qurğu, 380 V-luq və 220/127V-luq paylayıcı qurğular, 110V-luq sabit cərəyan lövhəsi, akkumulyator qurğuları yenilənib, yarımstansiyanın gücünün artırılması məqsədilə 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, 6 ədəd yeni transformator quraşdırılıb. Yeni quraşdırılan bütün müasir qurğu və avadanlıqlar “Siemens” şirkətinə məxsusdur.

Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir. “Siemens”in nümayəndələri tam şəkildə quraşdırılmış “İçərişəhər” yarımstansiyasının işləri ilə tanış olub, yoxlama aparıb. Yarımstansiya tam gücü ilə işləyir. Onu da qeyd etmək lazımdır ki, yarımstansiyanın mərkəzi SCADA (texnoloji proseslərin yaddaş və məsafədən idarə olunması) sisteminə qoşulması işləri “Siemens” şirkəti tərəfindən yerinə yetirilib. Eləcə də son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən “Nərimanov” elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bu işlər bir qədər əvvəl “Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” elektrik yarımstansiyalarında da aparılıb.

c871d19f 7efb 4ff9 8b99 99ff48acd45b41d873c9 3859 40fa b53c c8d93a464ca9b24f0d0d 931b 4df9 b075 1b619f7700aa6d086e7b f14b 48cc 8b8d 83e04ff84c666d662f3d 1e25 4d88 abf5 e1882052af4d38f4398e ba0a 4f2b 91f7 ededf42a29c5©Report

Son xəbərlər
Digər xəbərlər