26 C
Baku
Saturday, July 27, 2024

İçərişəhərdə partlayış: Yeddi nəfər xəsarət aldı

İçərişəhərdə baş verən partlayışda xəsarət alanların adları məlum olub. 

“Report” xəbər verir ki, bunlar 1978-ci il təvəllüdlü Vaqif İsmayılov, oğlu Ceyhun İsmayılov, Ceyhunun həyat yoldaşı Səidə İsmayılova, həmçinin V.İsmayılovun nəvələri – 14 yaşlı Rəvan və 18 yaşlı Fəriddir. 

Yaralılardan yalnız biri xəstəxanaya getməyib.


*** 18:14

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışda xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

“Report”un xəbərinə görə, hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsində 3 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, hadisə ikimərtəbəli binada baş verib.


*** 17:48

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

“Report” xəbər verir ki, partlayış nəticəsində 5 nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər