27 C
Baku
Monday, August 4, 2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Fuad Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlayıb, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bank sektorundakı fəaliyyətindən sonra sığorta sahəsində çalışaraq sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyət göstərib. Daha sonra NEQSOL Holding-in tərkibinə daxil olan, telekommunikasiya sahəsində ixtisaslaşmış bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Dövlət Məşğulluq Agentliyində İdarə Heyətinin müşaviri vəzifəsində fəaliyyət göstərərək, bununla da dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.

2025-ci ilin aprel ayından etibarən Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli sərəncamı ilə Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər