Azərbaycan Respublikası İcarə haqqında qanun 1-ci maddəsində qeyd edilir ki, icarə – əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.
2-ci maddə. İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. İcarə müqaviləsi Müllki Məcəllənin 700 maddəsində öz əksini tapıb.
Beynəlxalq təcrübədə kirayə (prokat). Daşınan əmlak fiziki şəxsə müvəqqəti kirayəyə verildikdə, onu kirayəyə götürən şəxs kommersiya məqsədi bundan istifadə edə bilməz və predmet olaraq ona yalnız daşınan əmlak verilə bilinər, müddət isə 12 ayı keçməməlidir. Kirayəni verən tərəf sahibkarlq fəaliyyəti ilə məşğul olmalıdır. Yəni hər hansı fiziki və hüquqi şəxs kimi çıxış edə bilməz. Sahibkar kirayə verdiyi daşınan əmlakdan yalnız gəlir götürə bilər. Yəni digərindən fərqli olaraq başqa məqsəd daşıya bilməz.
İqtisadçı – ekspert Rauf Qarayev