Mənzillərin və digər daşınmaz əmlakın icarə qiymətləri azalacaq.
Bir sıra Avropa ölkələrinin ekspertləri koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın mümkün nəticələrini araşdıraraq belə nəticəyə gəliblər. Əmlak bazarının analitikləri tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olub ki, Avropa İttifaqı ölkələrinin ev təsərrüfatlarının çox hissəsi zərərə düşəcək. Çoxları işini itirəcək, kiçik bizneslə məşğul olanların əksəriyyətini müflisləşmə gözləyir. Bu və başqa amillər daşınmaz əmlak və icarə bazarında tələbatın azalmasına səbəb olacaq. Daşınmaz əmlakı icarəyə verənlər likvidliyin saxlamaq üçün çıxış yolu axtarmalı olacaqlar. Belə yollardan biri də icarə qiymətlərini azaltmaqdır.
Ekspertlərin proqnozlarına görə, bu böhran Avropa İttifaqı ölkələrində müxtəlif şəkildə təzahür edəcək. Bununla belə, onlar hesab edirlər ki, bu vəziyyət uzun müddət davam etməyəcək. Vəziyyəti, məsələn, dövlət maliyyələşdirməsi yolu ilə sabitləşdirmək mümkün olacaq. Məsələn, mənzil haqqı kimi müavinət ödənilməsi və ya işəgötürənin hesabına dolanışıq minimumu həddində maddi yardım göstərilməsi kimi sosial proqramlardan istifadə etmək olar.