7 C
Baku
Thursday, December 12, 2024

İcarəçi şirkət “Optimal Elektronika”nı məhkəməyə verib

Daşınmaz əmlakın idarəetməsini həyata keçirən “Facility Management Group” MMC elektronika və məişət avadanlıqları mağaza şəbəkəsini məhkəməyə verib.

Banker.az xəbər verir ki,  şirkət “Optimal Elektronika” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyətində icarə müqaviləsi üzrə mübahisə göstərilib.

“Facility Management Group” MMC – ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən şirkətdir.

Şirkət əsasən “PMD Projects” MMC-nin (Zefir Mall, Vurğun və Xəzri rezident) binaları üzrə satış və icarəyə verir.

Şirkətin portfelində aşağıdakı əmlaklardır:

– Zefir Mall t.m.,

– “Molocon Placae” biznes mərkəzi,

– Çinar plaza,

– Sahil plaza,

– Dalğa plaza,

– Bayıl plaza,

– Hillside rezident,

– Roseville rezident,

– Vurğun rezident,

– Xəzri rezident,

– Grandeza,

– Təbriz evləri,

– Motor Vilage (Mərdəkan yolu).

Son xəbərlər
Digər xəbərlər