İcazəsiz reklama görə boya şirkəti 10 min manat cərimələnib

“Dübəndi” firmasının reklam haqqında qanunvericiliyin pozulmasına görə 10 min manat cərimə edilib

Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

1995 ci ildə yaradılan “Dübəndi” firması 1998-ci ildən Norveçin “Jotun” boyalarının Azərbaycana idxalı ilə məşğuldur. 2002-ci ildən “Jotun” boyalarının Azərbaycan üzrə eksklüziv distribüteri olan şirkət topdan və pərakəndə satış ilə yanaşı digər xidmətləri də göstərir.

©Report

Son xəbərlər
Digər xəbərlər