10 C
Baku
Thursday, December 12, 2024

icaze.e-gov.az portalı yenidən aktivləşdirilib

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

Bunu “ASAN Xidmət”in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

O qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini “Aktivləşdir” düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

Bildirək ki, Portalda əməkdaşları qeydiyyatdan keçirmədən öncə Nazirlər Kabinetinin aidiyyəti qərarlarının təşkilata şamil edilib edilmədiyini dəqiqləşdirmək lazımdır. “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər