Banker.az-a mənbələrdən daxil olan məlumata görə, artıq Bakını tərk etmək istəyən şəxslərin çox hissəsi DİN tərəfindən quraşdırılmış postlardan geri qaytarılır. Bu şəxslərin bir qisminin https://icaze.e-gov.az portalından icazəsinin , həmçinin ezamiyyə vərəqələrinin olmasına baxmayaraq, onlara Bakını tərk etmək icazəsi verilməmişdir. Bu daha çox Bakı şəhərində qeydiyyatda olan şəxslərə aiddir.
İcazələr yalnız, Nazirlər Kabinetinin müvafiq qərarı ilə, iş vəsiqəsi ilə icazəsi olan şəxslərə şəhəri tərk etmək icazəsi verilir.
Məlumat üçün bildirək ki, DİN bayram günləri ilə bağlı dünən açıqlama vermişdir.