Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) və ya icbari avto-sığorta bazarı 2025-ci ilin ilk 5 ayında 6 faiz, ödənişlər isə cəmi 5 faiz böyümüş olub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin ilk beş ayında 69 milyon 411 min manatlıq ümumilikdə sığorta haqqı yığılarkən 53 milyon 946 min manatlıq ödənişlər həyata keçirilib.
2024-cü ilin eyni dövründə avto-sığorta üzrə 65 milyon 316 min manat sığorta haqqı və 51 milyon 267 min manat ödənişlər həyata keçirlmişdi.
Beləliklə, zərərlik əmsalı 78 faizdə sabit qalıb. Zərərlik əmsalı sığorta ödənişlərinin sığorta haqlarına olan nisbətidir ki, bu da müvafiq sığorta biznesi üçün önəmli nisbət sayılır.