Son bir ildə Azərbaycan Mərkəzi Bank tərəfindən aparılan qiymətləndirməyə əsasən ən çox icbari avto-sığorta müştəriləri “Xalq Sığorta” ASC-dən şikayətlidirlər.
Banker.az AMB-nin reytinqinə istinadən xəbər verir ki, “Xalq Sığorta” ilə bağlı şikayət indeksi 3.58 bənd təşkil edib.
Son aylara nəzər yetirdikdə isə məlum olur ki, sığorta şirkətində bu istiqamətdə inkişaf baş verməyib, əksinə oktyabrdakı göstəricidən bir qədər də pisləşdirib. Ötən ay sığorta şirkəti üzrə şikayət indeksi 2.97 bənd təşkil edirdi.
- Avqust – 1.76 bənd (IV yer )
- Sentyabr – 2.59 bənd (I yer)
- Oktyabr – 2.97 bənd (I yer)
Qeyd edək ki, sığorta şirkəti 2023-cü ilin ilk 10 ayında 18.69 milyon manat sığorta haqqı yığımı və 19.88 mln. manat sığorta ödənişi həyata keçirib.