7 C
Baku
Thursday, December 5, 2024

İcbari avto-sığorta üzrə gəlirlilik yüksəldi: yığımlar ödənişləri ₼73 mln. üstələdi!

Azərbaycanda  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) 2023-cü ildə böyüyüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, icbari avto-sığorta üzrə 170.93 milyon manatlıq yığım həyata keçirilib.

Bu da illik müqayisədə 57.1 mln. manat və ya 50 faiz yuxarı göstəricidir.

Sığorta ödənişlərinin həcmi 97.91 mln. manat olub.

Sığorta şirkətlərinin icbari avto-sığorta üzrə ümumi gəlirliliyin öncəki illərdən daha yaxşılaşmasıdır. Öncəki illərdə sığorta şirkətləri bəzi hallarda bu biznesdən bir o qədər də yaxşı nəticələr əldə edə bilmirdilər. Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin oktyabrından yeni qayda tətbiq edir. Bu qaydada sığorta olunan sürücülük təcrübəsi, tarixçəsi və s. kimi meyarlar nəzərə alınmaqla sığortalanır.

Bu da sığorta haqları ilə sığorta ödənişləri arasında  2022-ci ildə qeydə alınmış 23.56 mln. manatlıq müsbət fərqin 2023-cü ildə 73.02 mln. manata yüksəlməsidir.

Azərbaycanda 2023-cü il üzrə icbari avto-sığortanın aylıq dinamikası, min manatla
Tarix  Sığorta haqqları  Sığorta ödənişləri Fərq
Yanvar            11,271            7,920            3,351
Fevral            12,187            9,286            2,900
Mart            12,209            5,808            6,401
Aprel            12,501            7,616            4,884
May            14,778            8,471            6,307
İyun            13,929            7,392            6,537
İyul            15,770          10,162            5,608
Avqust            14,978            8,115            6,863
Sentyabr            13,893            7,909            5,984
Oktyabr            13,563            9,234            4,329
Noyabr            12,714            7,724            4,990
Dekabr            23,136            8,272          14,864
CƏMİ      170,929.5      97,909.0          73,020

 

Son xəbərlər
Digər xəbərlər