Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) 2023-cü ildə böyüyüb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, icbari avto-sığorta üzrə 170.93 milyon manatlıq yığım həyata keçirilib.
Bu da illik müqayisədə 57.1 mln. manat və ya 50 faiz yuxarı göstəricidir.
Sığorta ödənişlərinin həcmi 97.91 mln. manat olub.
Sığorta şirkətlərinin icbari avto-sığorta üzrə ümumi gəlirliliyin öncəki illərdən daha yaxşılaşmasıdır. Öncəki illərdə sığorta şirkətləri bəzi hallarda bu biznesdən bir o qədər də yaxşı nəticələr əldə edə bilmirdilər. Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin oktyabrından yeni qayda tətbiq edir. Bu qaydada sığorta olunan sürücülük təcrübəsi, tarixçəsi və s. kimi meyarlar nəzərə alınmaqla sığortalanır.
Bu da sığorta haqları ilə sığorta ödənişləri arasında 2022-ci ildə qeydə alınmış 23.56 mln. manatlıq müsbət fərqin 2023-cü ildə 73.02 mln. manata yüksəlməsidir.
Azərbaycanda 2023-cü il üzrə icbari avto-sığortanın aylıq dinamikası, min manatla | |||
Tarix | Sığorta haqqları | Sığorta ödənişləri | Fərq |
Yanvar | 11,271 | 7,920 | 3,351 |
Fevral | 12,187 | 9,286 | 2,900 |
Mart | 12,209 | 5,808 | 6,401 |
Aprel | 12,501 | 7,616 | 4,884 |
May | 14,778 | 8,471 | 6,307 |
İyun | 13,929 | 7,392 | 6,537 |
İyul | 15,770 | 10,162 | 5,608 |
Avqust | 14,978 | 8,115 | 6,863 |
Sentyabr | 13,893 | 7,909 | 5,984 |
Oktyabr | 13,563 | 9,234 | 4,329 |
Noyabr | 12,714 | 7,724 | 4,990 |
Dekabr | 23,136 | 8,272 | 14,864 |
CƏMİ | 170,929.5 | 97,909.0 | 73,020 |