Azərbaycanda sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bazar avtmobillərinin sayı ilə paralel artsa da, onlar əvvəlki iki ildən daha çox ödənişlər həyata keçirir və bu da öz növbəsində zərərlilik əmsalını yenidən 2022-ci ildəkindən əvvəllki dövrə qaytarırır.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin ilk səkkiz ayında yığımlar 111,7 mln manat, ödənişlər isə 79,1 mln manat olub. 2025-ci ilin eyni dövründə göstəricilər daha da artaraq müvafiq olaraq 118,5 mln və 87,2 mln manata çatıb. Bu, illik müqayisədə yığımlarda 6,1%, ödənişlərdə isə 10,3% artım deməkdir.
Ödənişlərin dinamikasının premyadan daha yüksək olması zərərlilik əmsalı da məntiqi olaraq artıcı təsir edib. 2024-cü ilin ilk səkkiz ayında ödənişlərin haqlara nisbəti 70,8% olduğu halda, 2025-ci ildə bu göstərici 73,6%-ə yüksəlib. Bu da o deməlkdir ki, sığortaçının icbari-avto sığortada hər cəlb etdiyi 100 manat yığım qarşılığında 73.6 manatlıq ödənişlər həyata keçirir. Qalan 26.4 manat isə şirkətin bu sektordan əldə etdiyi xalis mənfəət və digər əməliyyatlar üçün qalır.
2023-cü ildə yeni qaydaların tətbiqindən sonra sığorta şirkətləri üçün zərərlilik əmsalı 60%-ə qədər düşmüşdü. Bundan öncəki 2023-cü ildə 85% olan riskli zonada idi.
2021–2025 dövründə icbari avtomobil sığortası bazarı beş ildə təxminən 80% genişlənib.
Daxili İşlər Nazirliyi və Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk yarımilində 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Bununla belə, qeyd etmək lazımdır ki, hazırda zərərlilik göstəricilərinə təsir edən amillərdən biri də idxal olunan avto ehtiyat hissələrinin əvvəlkindən daha baha başa gəlməsidir. Bu da sığorta ödənişlərinin məbləğini artıraraq şirkətlərin xərclərinə birbaşa təsir göstərir.
Əlavə olaraq, Mərkəzi Bankın tətbiq etdiyi şikayət indeksi bu bazarda şirkətlər üçün istədikləri kimi sığorta ödənişi tətbiq etmək lüksü qalmayıb.