9 C
Baku
Monday, November 18, 2024

İcbari avto-sığortanın ödənişləri kəskin artıb – Mənfəətlilik yenidən düşür

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə premyalar yüksəlsə də xərclər ondan daha yüksək artıb və bu da sektorun gəlirliliyinə yüksək təsir edir.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistik bülletendə 50.17 milyon manat yığıma və 40.42 milyon manat ödənişlər həyata keçirib.

Bu da müvafiq olaraq 4.2% və 32.0%artımdır. Göründüyü kimi sığorta ödənişləri yığımlardan daha yüksək artıb.

Bu bazarın tənzimləyici olan Mərkəzi Bank 2022-ci ildə sığortanın ödəniş qaydalarını dəyişib. Sığorta yığımlarında hər sürücünün avtomobilinin mühərrik həcmindən əlavə onun təcrübəsi, sürdüyü regionu, adına olan avtomobil sayı və s. kimi fərdi yanaşmalar ortaya qoyub. Bu qaydalardan sonra sığorta sektorunda dirçəliş olub, yığımlar artdı. Həm də bu qaydalardan sonra bir çox insanlar üçün əlavə ödənişlər etməyə məcbur oldu.

Keçən il 48.17 mln. manat sığorta yığımı və 30.63 mln. manatlıq sığorta ödənişi həyata keçmişdi ki, bunlar arasında fərqdən yaranan 17.54 mln. manat sığortaçılar üçün gəlir idi. Məsələn, bu fərq 2024-cü ilin eyni dövründə 9.75 mln. manat düşüb. Belə olan halda, 2022-ci ilə qədər dövrdəki kimi bu bazarın mənfəətliyi düşdüyü üçün sığortaçıların marağının azalmasına gətirib çıxarır. Azalma mənfiyə doğru düşərsə, tənzimləyici yenidən baza qiymətinə nəzər yetirmiş olacaq.

Sığorta eksperti Şəhriyar Məcidov isə qeyd edir ki, icbari avto-sığorta Azərbaycanda ümumiyyətlə zərərli bir məhsuldur.

“Çünki tariflər həddindən artıq aşağıdır. 50-60 manat sığorta haqqı alır və sığorta hadisəsi baş verəndə 3000-5000 manat ödəniş edilir. Tariflər qalxsa, sığorta yığımları daha yüksək olar. Yəni sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq çoxalar”- deyə, Ş.Məcidov bildirir.

Mərkəzi Bank əlində digər bir alət isə icbari avto-sığorta təqdim edən şirkətlər müştəri məmnuniyyətini də ölçür və bu hər ay dərc edilir. Bir çox sığorta şirkəti adının həmin yerdəki “qırmızı zona”da görməmək üçün əvvəlki qaydada deyil, müştərilərə daha mülayim ödənişlər təqdim edirlər. Əlavə olaraq bir çox şirkətlərə məcburi onlayn qaydada sığorta müqaviləsi imzalamaq üçün tələb qoyulur ki, bu da onların fərdi yanaşma “qaydalarını” aradan qaldırır.

Son xəbərlər
Digər xəbərlər