16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

İcbari avtomobil sığortası üzrə yığımlar azalıb – 5 ayda 31 milyon manatlıq yığım

faizlere

2020-ci ilin yanvar-may ayları ərzində avtonəqliyyat  vasitələrinin könüllü sığortası üzrə 17 milyon 401 min manat sığorta haqqı hesablanıb.

Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Ötən ilin yanvar-may ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 12 milyon 357 min manat sığorta haqları hesablanmışdı. Belə ki, illik müqayisədə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 5 milyon 44 min manat və ya 41% artıb.

Cari ilin yanvar-may aylarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta ödənişləri 2019-cu ilin analoji dövrüylə müqayisədə 607 min manat və ya 13% artaraq 5 milyon 155 min manat olub.

2020-ci ilin 5 ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 31 milyon 271 min manat sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrüylə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 6 milyon 776 min manat və yaxud 18% azalıb. Həmçinin bu növ sığorta üzrə 21 milyon 315 min manat sığorta ödənişi edilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişləri 15,4% azalıb.

Bildirək ki, 2019-cu ilin yanvar-may ayları ərzində isə vtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 38 milyon 47 min manat sığorta haqqı yığılıb, 25 milyon 189 min manat isə sığorta ödənişi olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər