10 C
Baku
Thursday, December 12, 2024

İcbari avtomobil sığortası üzrə yığımlar azalıb

2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat  vasitələrinin könüllü sığortası üzrə 21 milyon 143 min manat sığorta haqqı hesablanıb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 2019-cu ilin yanvar-iyun dövrü ilə müqayisədə 4 milyon 731 min manat və ya 29% artıb.

2019-cu ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 16 milyon 412 min manat sığorta haqları hesablanmışdı.

2020-ci ilin yanvar-iyun ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta ödənişləri 455 min manat və ya 8% artaraq 6 milyon 69 min manat təşkil edib.

İCBARİ AVTOMOBİL SIĞORTASI ÜZRƏ YIĞIMLAR AZALIB

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 40 milyon 168 min manat həcmində sığorta haqqı yığılıb, 25 milyon 303 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 15%, ödənişlər isə 16% azalıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 47 milyon 238 min manat sığorta haqları hesablamış,  29 milyon 996 min manat sığorta ödənişləri həyata keçirmişdilər.

Son xəbərlər
Digər xəbərlər