32 C
Baku
Sunday, July 14, 2024

İcbari avtosığorta üzrə sığorta haqqını yeni qayda ilə hesablamaq olacaq

Vətəndaşlar yeni qayda ilə avtomobillərin icbari sığortası üzrə sığorta haqqını İcbari Sığorta Bürosunun (İSB) sistemindən hesablaya biləcəklər.

Bu barədə İSB-dən bildirilib. Məlumata görə, Büronun veb səhifəsində bununla bağlı bu gündən sığorta kalkulyatoru istifadəyə verilib.

Avtomobil sahibləri onlara və istifadə etdikləri nəqliyyat vasitələrinə aid məlumatları daxil etməklə avtomobilin sığorta haqqını yeni qayda ilə müəyyən edə biləcəklər.

Qeyd edək ki, yeni qayda ilə avtomobillərin icbari sığorta haqqının hesablanması zamanı mühərrikinin həcmi və Bonus-Malus əmsalı ilə yanaşı, avtomobilin növü, istehsal tarixi, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin sürüldüyü region da nəzərə alınacaq.

İcbari avtosığorta üzrə sığorta haqqının yeni qayda ilə hesablanması isə (Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”) oktyabrın 1-dən tətbiq ediləcək.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər