9 C
Baku
Tuesday, December 24, 2024

“İcbari avtosığortada “Bonus-Malus”un hesablanmasında yenilik olacaq”

Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) ilə bağlı yeniliklərdən biri də Bonus-Malus sistemi ilə bağlı olacaq.

Bunu İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov deyib. Belə ki, yeni qaydalara əsasən, Bonus-Malus əmsalının hesablanması real vaxt rejimində tətbiq ediləcək: “Əvvəl köhnə ildə baş verən sığorta hadisələrinin statistikası əsasında Bonus-Malus əmsalı yeni ilin yanvarın 15-də hesablanırdısa, artıq bu əmsal real vaxt rejimində hesablanacaq. Yəni, dünən sığorta hadisəniz baş veribsə, sabah sığorta müqaviləniz sistemə daxil ediləndə artıq baş vermiş hadisə sığorta haqqının hesablanmasında nəzərə alınacaq. Eyni zamanda, hadisəniz baş verməyibsə, bu da real vaxt rejimində daha az sığorta haqqının hesablanmasına təsir edəcək”.

Ümumilikdə isə, Rəşad Əhmədov hesab edir ki, avtomobillərin icbari sığortası üzrə tətbiq ediləcək yeniliklər intizamlı sürücülərin daha az, riskli sürücülər üçün isə Malus əmsalı ilə daha çox sığorta haqqı hesablanmasına şərait yaradacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər