3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

İcbari daşınmaz əmlak sığortası bazarı 2 dəfə artıb

2020-ci ilin mart ayında daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 17 milyon 845 min manat təşkil edib. 

Banker.az xəbər verir ki, 2019-cu ilin eyni dövründə isə bu sığorta üzrə daxil olan sığorta haqlarının məbləği 9 milyon 158 min manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarının məbləğində 8 milyon 687 min manat və yaxud 2 dəfə artım müşahidə edilib.

Cari ilin martında daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişləri isə 1 milyon 404 min manat təşkil edib. 2019-cu ilin analoji dövründə bu növ üzrə sığorta ödənişləri 1 milyon 97 min manat təşkil etmişdi.

Son xəbərlər
Oxşar xəbərlər