22 C
Baku
Tuesday, August 16, 2022

İcbari Sığorta Bürosu yeni loqosunu təqdim etdi

İcbari Sığorta Bürosu (İSB) yeni loqosunun qüvvəyə minməsinə dair məlumat yayıb. Bu barədə qurumun rəsmi saytında məlumat verilir.

İSB bildirib ki, cari ilin 31 iyul tarixindən etibarən İcbari Sığorta Bürosunun yeni loqosu qüvvəyə minib. Bununla əlaqədar olaraq Büro, KİV-də, eləcə də digər informasiya məkanlarında Büro haqqında xəbərlər və ya materiallar yayımlanarkən yeni loqodan istifadə olunmasını xahiş edib.

Büronun yeni loqosu irsiliyin qorunması şərtilə əvvəlki loqonun əsasında hazırlanmışdır və durmadan modernləşən mühitlə uzlaşma meyllərini əks etdirir.

isb hg

Son xəbərlər
Oxşar xəbərlər