6 C
Baku
Sunday, December 15, 2024

İcbari Sığorta Bürosuna məxsus 2 avtomobil satışa çıxarılır

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərinin İttifaqının sifarişi ilə avtomobil açıq hərraca çıxarılıb.

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərinin İttifaqının  “Honda Accord” minik markalı  avtomobil və “Volkswagen T-5” minik markalı avtomobil açıq hərraca çıxarılıb.

Hərrac açıq auksion formasında keçirilməklə  5 avqust  2021-ci il tarixə, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti  “Honda Accord” minik markalı avtomobili üzrə 16.000 (on altı  min) manat; “Volkswagen T-5” minik markalı avtomobili üzrə 42.000 (qırx iki min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni  “Honda Accord” minik markalı avtomobili üzrə 1600 (min altı  yüz) manat məbləğində;  “Volkswagen T-5” minik markalı avtomobili üzrə  4200 (dörd min iki yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Hərracda iştirak haqqı  ilkin satış qiymətinin 2%-i, yəni  “Honda Accord” minik markalı avtomobili üzrə  350 (üç  yüz əlli) manat məbləğində;  “Volkswagen T-5” minik markalı avtomobili üzrə  500 (beş yüz) manat məbləğində  ödənilməlidir. İştirak haqqı hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının  hesabına ödənilməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər