İcbari Sığorta Bürosunun (İSB) ictimaiyyətlə əlaqələr üzrə meneceri Ləman Səməndərli işdən çıxıb.
“Report”un əldə etdiyi məlumata görə, onun yerinə Kamran Əliyev təyin edilib.
O, bundan əvvəl “B.EST Solutions” şirkətinin operatoru olduğu “Asan İmza” layihəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri olub.
Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır.