Banker.az-ın verdiyi məlumata görə, İcbari Sığorta Bürosunda Audit komitəsi yaradılıb. Komitəyə sədrlik Elçin Əlizadəyə həvalə edilib. Qeyd edək ki, Elçin Əlizadə həmçinin Mərkəzi Bankın Daxili audit departamentinin direktorudur.
Banker.az-ın bu gün verdiyi məlumata əsasən, Elçin Əlizadə bununla yanaşı, Milli Depozit Mərkəzinin Müşahidə Şurasına sədri təyin edilib. Onun İcbari Sığorta Bürosunda təyinatı fevral ayında, Milli Depozit Mərkəzindəki təyinatı isə mart ayında baş tutub.